Henrix Heyne | |
---|---|
alm. Heinrich Heine | |
Doğum adı | Heinrich Heine |
Doğum tarixi | |
Doğum yeri | Düsseldorf, Fransa |
Vəfat tarixi | (58 yaşında) |
Vəfat yeri | Paris, Fransa |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | şair, yazıçı, jurnalist, ədəbiyyat tənqidçisi, şair-vəkil[d], imicmeyker, esseist |
Əsərlərinin dili | fransız dili, alman dili |
İstiqamət | romantizm |
Vikianbarda əlaqəli mediafayllar |
Kristian İohan Henrix Heyne (alm. Christian Johann Heinrich Heine, transkripsiya: Kristian Yohan Haynrih Hayne; 13 dekabr 1797[3][1][…], Düsseldorf, Müqəddəs Roma imperiyası[3][4][…] – 17 fevral 1856[2][3][…], Paris, İkinci Fransa İmperiyası[3][2][…]) — XIX əsr alman şairi və jurnalisti.
Heyne öz əsərləri ilə gündəlik alman dilini inkişaf etdirərək, onu lirik bir səviyyəyə çatdırmış, felyeton və səyahət xəbərlərini ədəbi şəkildə təsvir etməklə alman dilinin aydın və sadə şəkildə formalaşmasına töhfə vermişdir. Heyne dövründə tənqidçi, siyasi jurnalist, esseist, satirik və polemikaçı kimi də tanınırdı. Bu gün o, ən çox tərcümə olunan alman şairlərindən hesab edilir.